Azərbaycanda həkim vəfat etdi - FOTO

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib.

Referans Media xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ildə Naxçıvan MR Vərəm Əleyhinə Dispanserinin baş həkimi, 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri, 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi-təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.

1993-cü ildə Bakı şəhər Mərkəzi Vərəm Dispanserinin baş həkimi vəzifəsinə təyin olunub. Sonrakı illərdə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Vərəm Əleyhinə Dispanserə rəhbərlik edib.

Səhiyyə sahəsindəki xidmətlərinə görə 2015-ci ildə "Əməkdar həkim" fəxri adına layiq görülüb./yenisabah

Azərbaycanda həkim vəfat etdi - FOTO


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki