Girov məbləği təxminən 3,1 milyon dollar olaraq müəyyən edilib
Referans MEDİA-nın xarici mətubata istinadən verdiyi xəbərə görə, Kiyev məhkəməsi Vladimir Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermakın 60 gün müddətinə həbsdə saxlanılması və girov müqabilində təxminən 3,1 milyon dollar məbləğində pul qoyulması barədə qərar çıxarıb.
Hakim məhkəmə iclası zamanı qərarı elan etdi: "Seçilmiş tədbir həbsdir".
Bundan əvvəl prokurorluq 180 milyon qrivna (təxminən 4,1 milyon dollar) məbləğində girov tələb etmişdi.
Yermak 2020-ci ilin fevral ayından bəri Zelenskinin ofisinə rəhbərlik edirdi. 17 noyabr 2025-ci ildə Yermakın iş adamı və Zelenskinin dostu Timur Mindiçlə əlaqəli böyük korrupsiya sxemlərində iştirak edə biləcəyi barədə məlumatlar yayıldı. 28 noyabr səhəri korrupsiyaya qarşı mübarizə aparan məmurlar Yermakın evində axtarış apardılar. Axşam saatlarında Zelenski onu işdən çıxardı.
