Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya tərəfi də əməkdaşlığa razı olarsa, yay aylarına qədər müharibəni sona çatdırmaq mümkündür.
Zelenski ölkə mediasına açıqlamasında vurğulayıb ki, müharibənin sona çatması üçün yalnız Kiyev rəhbərliyinin səyləri kifayət deyil, qarşı tərəfin mövqeyi də müəyyənedici olacaq:
“Əgər yalnız Ukrayna tərəfi deyil, Rusiya da istəkli olarsa, yaz aylarına qədər müharibəni sona çatdıra bilərik.”
Prezident qeyd edib ki, gələcəkdə Rusiya təcavüzünün mümkün olmayacağına dair zəmanətlər tələb edirlər:
“Biz yalnız ‘inanmaq’ yox, ‘bilmək’ istəyirik ki, gələcəkdə Rusiya təcavüzü mümkün olmayacaq və ya baş verərsə, tək qalmayacağıq və güclü müdafiəyə malik olacağıq. Bu, təhlükəsizlik zəmanətləridir.”
Zelenski bildirib ki, Vaşinqton tərəfləri müharibəni iyun ayına qədər bitirməyə təşviq edir, ABŞ Prezidenti Donald Tramp isə hər iki tərəfə təzyiq göstərməyi planlaşdırır. O, həmçinin Rusiya Prezidenti Vladimir Putinin də müəyyən bir kompromisə məcbur edilə biləcəyinə ümid etdiyini bildirib.
Prezident əlavə edib ki, Ukrayna 2027-ci ilə qədər Avropa Birliyi üzvlüyü üçün texniki olaraq hazır olmağı hədəfləyir.
