Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryanın paylaşımı diqqət çəkib.
Referans Media xəbər verir ki, o, “Facebook” səhifəsində video yayıb.
“Dünya əhəmiyyətli dərəcədə dəyişib. Biz də dəyişmişik, daha açıq, daha komanda yönümlü və daha müdrik olmuşuq. Lakin ən vacib şeyi saxlamışıq: məsuliyyət, əlaqələr və düşünülmüş qərarlar qəbul etmək bacarığı.
Biz həm uğurlardan, həm də keçmişin səhvlərindən dərs çıxarmışıq. Ona görə də bu gün seçkilərə yalnız nailiyyətlərimizin təcrübəsi ilə deyil, həm də buraxdığımız səhvlərin fərqində olmaqla gedirik”, – deyə o bildirib.
Köçəryan öz müraciətində qeyd edib ki, seçiləcəyi təqdirdə müharibə olmayacağına zəmanət verir.
