Danimarka Kral Ailəsinin rəsmi saytında dərc olunmuş yazılı açıqlamada bildirilir ki, bu yay orta məktəb diplomu almağa hazırlaşan 18 yaşlı Şahzadə İzabella qadınlar üçün məcburi hərbi xidmətin bir hissəsi olaraq Qvardiya Süvari Alayında 11 aylıq təlim keçəcək.
Referans Media xəbər verir ki,Kral Ailəsi Danimarka Kralı Frederik və Kraliçası Məryəmin qızı Şahzadə İzabellanın avqust ayında hərbi xidmətə başlayacağını paylaşaraq, onun ölkənin ordusunda xidmət edəcək ilk qadınlardan biri olacağını vurğulayıb.
Yerli media Şahzadə İzabellanın 5 aylıq əsas təlim və 6 aylıq əməliyyat təlimi alacağını bildirib./Oxu24.com
