Kreml: Kiyevin təklifləri Zelenskinin sülhə nə dərəcədə hazır olduğunu göstərəcək

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Kiyev, Avropa İttifaqı və ABŞ arasında aparılan məsləhətləşmələrdən sonra təqdim olunacaq təkliflərin Vladimir Zelenskinin sülhə nə qədər meyilli olduğunu üzə çıxaracağı bildirilib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Cagdas.az xəbər verir ki, Peskov Belarus prezidenti Aleksandr Lukaşenkonun həm Rusiya, həm də Ukraynanın sülh istədiyinə dair fikirlərini şərh edərkən bildirib ki, Moskva əvvəlcə amerikalılar, avropalılar və ukraynalılar arasında aparılan müzakirələrdən sonra ortaya çıxan sənədlərlə tanış olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki