Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Ukraynada münaqişənin həllinə yaxınlaşıldığı və danışıqların artıq son mərhələyə daxil olduğu barədə fikirləri ilə razılaşdıqlarını jurnalistlərə bildirib.
Referans MEDİA xəbər verir ki, Peskovdan Kremlin Trampın bu qiymətləndirməsini bölüşüb-bölüşmədiyi soruşulduqda, o, “Əlbəttə” cavabını verib.
Bununla belə, Kremlin sözçüsü hazırda sülh planının hansı variantı üzərində razılaşmanın getdiyini açıqlamayıb. Onun sözlərinə görə, bu mərhələdə detalları açıqlamağa ehtiyac görmürlər.
