Kürdəmirdə avtoqəza olub - Xəsarət alanlar var

Kürdəmir rayonunun Şilyan kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Referans Media xəbər verir ki, Göyçay rayon sakini Rəsul İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki