Türk televiziya tarixinin məşhur serialı Kurtlar Vadisində Samuel Vanunu obrazını canlandıran aktyor Nişan Şirinyan uzun fasilədən sonra görüntülənib.
Referans Media xəbər verir ki, məşhur aktyorun son halı sosial şəbəkələrdə böyük maraq doğurub.
Şirinyanın illər ərzində xeyli dəyişməsi izləyicilərin diqqətindən yayınmayıb. Sosial mediada paylaşılan görüntülərə “Samuelə bunu edən həyat bizə nələr edər”, “Tamamilə dəyişib” kimi şərhlər yazılıb.
Aktyorun yeni görüntüləri qısa müddətdə gündəmə çevrilib.






















