KXDR yenidən raket buraxdı: Yaponiya etiraz bildirdi

  Koreya Xalq Demokratik Respublikası Yaponiya dənizi istiqamətində ballistik raket buraxıb.

Referans.az  xəbər verir ki, bu barədə “Yonhap” Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, raket təxminən 700 km məsafə qət edib.

Yaponiya rəsmi etiraz göndərdi

Tokio raket sınağı ilə bağlı Pekində yerləşən diplomatik kanallar vasitəsilə Pxenyana etiraz notası təqdim edib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Xirokadzu Kixara bəyan edib:

“Biz hesab edirik ki, Şimali Koreya müxtəlif tip raket sınaqları, peyk buraxılışları və hətta nüvə testi daxil olmaqla provokasiyaları davam etdirə bilər”.Bu il 7-ci dəfə

KXDR son dəfə ballistik raketi 22 oktyabrda sınaqdan keçirmişdi. Bugünkü buraxılış isə 2025-ci ildə artıq yeddinci belə addımdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki