Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüntüləri sosial mediada gündəm olub.
Referans Media xəbər verir ki, onun türkiyəli həmkarı Hakan Fidanı qarşılama anları yayılıb.
Lavrov Fidanı qarşılamaq üçün protokol qaydalarından kənara çıxıb.
İddialara görə, Rusiyada qəbul olunmuş diplomatik protokola əsasən, nazirlər xarici qonaqları adətən öz iş otaqlarında qəbul edirlər.
Lakin bu dəfə Sergey Lavrov Hakan Fidanı binanın girişində şəxsən qarşılayıb.
Bu addım Rusiyada geniş müzakirələrə səbəb olub və iki ölkənin xarici işlər nazirləri arasında qarşılıqlı hörmətin göstəricisi kimi qiymətləndirilib.
Görüntüləri təqdim edirik:
