Rusiya ABŞ-lə əlaqələrin davam etdirilməsində maraqlıdır və Ukrayna məsələsi üzrə danışıqlara hazır olduğunu açıq şəkildə ortaya qoyur.
Referans Media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, Moskva Vaşinqtonla dialoqu saxlayır və onu davam etdirmək niyyətindədir. O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna üzrə danışıqlara hazırdır, lakin yalnız bu proses real məzmun daşıdığı və formal xarakter daşımadığı halda.
Lavrov ABŞ-dən mümkün səfərlər məsələsinə də toxunaraq qeyd edib ki, Uitkoff və Kuşnerin Moskvaya gəlişi ilə bağlı kanallar açıqdır. Onun sözlərinə görə, Rusiya ABŞ-lə konstruktiv və nəticəyönümlü dialoqa hazırdır.
Nazir xüsusilə vurğulayıb ki, Moskva üçün əsas məsələ danışıqların imitasiya xarakteri daşımaması və Ukrayna ətrafında yaranmış böhranın real siyasi mexanizmlərlə müzakirə olunmasıdır./Musavat.com























