Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Ləman Ələşrəfqızı ötən gün dələduzluğun qurbanı olması barədə paylaşım edib. Onun dediklərinə görə, İqbal Ağazadəyə məxsus teleqram hesabından ona yazılan mesajlara aldanaraq dələduzların göstərdiyi hesaba pul göndərib.
Referans Media xəbər verir ki, jurnalisti aldadaraq 600 manatını alan şəxs saxlanılıb. Bu barədə Ləman Ələşrəfqızı özünün feysbuk hesabında paylaşım edib.
Bildirib ki, həmin şəxsin saxlanılması barədə ona məlumat verilib və pulu karta qaytarılıb.
“Az əvvəl DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq”, – o əlavə edib./Globalinfo.az
