Livan hərbçiləri gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində “Hizbullah“ın 12 silahlı üzvünü saxlayıb.
Referans Media xəbər verir ki, saxlanılan şəxslər müqavimət göstərməyiblər.
Hadisə Sidon şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində qeydə alınıb.
Xatırladaq ki, martın 2-də Livan hakimiyyəti “Hizbullah”ın istənilən hərbi fəaliyyətini qadağan edib və təşkilatın silahlı qanadının fəaliyyətini qanundankənar sayıb. Qərar Sarafand ərazisindən İsrailin şimal yaşayış məntəqələrinin atəşə tutulmasından sonra qəbul olunub. Həmin insident Livanın cənubunda növbəti gərginlik dalğasına səbəb olub.//globalinfo.az





















