Referans xəbər verir ki, bu iddia ilə məşhur insayder Fabritsio Romano çıxış edib.
Lakin “qırmızılar”ın kimin transfer edəcəyi barədə məlumat verilməyib.
“Liverpul” hələ qurtarmayıb. Tezliklə yeni imza olacaq”, – deyə F.Romano vurğulayıb.
Qeyd edək ki, liverpullular mövsümlərarası fasilədə transferlərə artıq 308 milyon avro xərcləyiblər.
Bu məbləğ “Bayer Leverkuzen”dən Florian Virtz və Jeremi Frimponq, “Bornmut”dan Miloş Kerkez və “Ayntraxt”dan Hüqo Ekitikeyə sərf olunub