Venesuela prezidenti Nikolas Maduronun Amerika təhlükəsizlik qüvvələri tərəfindən tutulmasından sonra ilk fotosunu sosial mediada paylaşan ABŞ prezidenti Donald Tramp, Venesuelalı siyasətçinin həbs zamanı nə geyindiyini açıqlayıb.
Referans Media xəbər verir ki, Karakasdakı iqamətgahının yataq otağında yaxalanan Maduro boz rəngli Nike idman dəsti geyinib. Kostyumun qiyməti brendin veb saytında 140 dollara (təxminən 238 AZN) satılır. Tramp bildirib ki, Maduro hazırda ABŞ hərbi gəmisindədir və gəmi onu məhkəməyə çıxarmaq üçün Nyu-Yorka aparacaq.
