Fransa Prezidenti Emmanuel Makron İran hakimiyyətinin etirazçılara qarşı hərəkətlərini pisləyib və etirazçıları dəstəklədiyini bildirib.
O, bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda Makron iranlı qadınlara və hüquqlarına hörmət tələb edən vətəndaşlara qarşı dövlət zorakılığını qınadığını qeyd edib.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iranlı həmkarı Əli Laricani ilə telefon danışığı aparıb. Tərəflər söhbət zamanı xarici qüvvələrin İran İslam Respublikasının daxili işlərinə müdaxilə cəhdlərini pisləyiblər.//globalinfo.az























