Makronun bu görüntüsü tənqid olundu: “İyrənc mənzərədir!” – FOTO backend

Makronun bu görüntüsü tənqid olundu: “İyrənc mənzərədir!” – FOTO 

Fransa Prezidenti Emmanuel Makron yenidən tənqid hədəfinə çevrilib.

Bu barədə “Deyli Meil” nəşri məlumat yayıb.

Bildirilib ki, səbəb onun dövlət tədbirində Uels şahzadəsi Keyt Middltonla səmimi görüntüləri olub:

“İyulun 8-də kral ailəsi Fransa prezidenti Emmanuel Makron və xanımı Bricitin Böyük Britaniyaya səfəri şərəfinə Vindzor qəsrində ziyafət verib. Qapalı tədbirdə Makron Middltonun yanında oturub, onunla söhbət edib, hətta göz qırpıb. Bəzi internet istifadəçiləri Fransa prezidentinin bu davranışını pisləyib. Oxucular “Nə iyrənc mənzərədir! Yazıq Keyt”, “Bu Makron nə əclafdır” kimi şərhlər yazıblar”.
//

Globalinfo.az

keyt


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki