ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) bildirib ki, zəlzələnin episentri Kota Belud bölgəsindən 55 kilometr şimal-qərbdə yerləşib.
Referans Media xəbər verir ki, Malayziyada 7,1 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələ 619,8 kilometr dərinlikdə baş verib.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində insan itkisi və dağıntı qeydə alınmayıb.
Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq edilməyib.
