Beynəlxalq analitiklər Azərbaycan Mərkəzi Bankının faiz qərarı ilə bağlı gözləntilərini açıqlayıblar.
Referans Media xəbər verir ki, Niderlandın "ING Group" maliyyə nəhənginin qiymətləndirməsinə görə, Mərkəzi Bank uçot dərəcəsini 6,50% səviyyəsində saxlayacaq.
Təhlildə bildirilir ki, dünyada inflyasiya təzyiqləri artsa da, azərbaycanlı tənzimləyici tələsik addımlar atmayacaq. Ölkədə inflyasiyanın 4-6% aralığında qalması və qiymət artımının daha çox xərc amilləri ilə bağlı olması faiz siyasətində dəyişiklik zərurətini aradan qaldırır.
Analtiklər vurğulayırlar ki, Azərbaycan regionda faiz dərəcəsini sabit saxlayan azsaylı ölkələrdən biri kimi diqqət çəkir. Qazaxıstan və Özbəkistanda isə daha yüksək inflyasiya səbəbindən fərqli monetar mənzərə müşahidə olunur.
