Marsdan heyrətamiz görüntülər: NASA yeni fotolar paylaşdı

NASA Marsın nadir görüntülərini yayımlayıb. “Psyche” adlı kosmik aparat Marsın yaxınlığından keçərək qırmızı planetin qeyri-adi fotolarını çəkib.

2023-cü ilin oktyabrında kosmosa göndərilən aparat Mars və Yupiter arasında yerləşən “16 Psyche” asteroidinə doğru hərəkət edir. Alimlər hesab edir ki, bu asteroid Yer və digər planetlərin nüvəsinə bənzər qədim metal quruluşa malikdir.

“Psyche” mayın 15-də Marsın yaxınlığından keçərkən planetin cazibə qüvvəsindən istifadə edərək sürətini artırıb. Aparat Mars səthinə təxminən 4 min 609 kilometr yaxınlaşıb və bu zaman minlərlə foto çəkib.

Fotolarda Marsın cənub qütbündəki buz örtüyü, nəhəng kraterlər və planetin gecə-gündüz hissələri əks olunub.

Kosmik aparatın 2029-cu ildə “16 Psyche” asteroidinə çatacağı gözlənilir. Alimlər ümid edir ki, əldə olunacaq məlumatlar planetlərin daxili quruluşu ilə bağlı mühüm sirləri ortaya çıxaracaq.

NASA, Mars'ın nadir görüntülerini yayınladı
NASA, Mars'ın nadir görüntülerini yayınladı

NASA, Mars'ın nadir görüntülerini yayınladı
NASA, Mars'ın nadir görüntülerini yayınladı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki