Meksika WUF14-ə hazırlıq mərhələsinə başlayır

Bu günün ikinci yarısından etibarən Meksika WUF14-ə hazırlıq mərhələsinə başlayacaq.
Referans Media xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun növbəti – 14-cü Sessiyasına (WUF14) ev sahibliyi edəcək Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero WUF13-ün yekun mətbuat konfransında bildirib.

Səfir bildirib ki, Meksika nümayəndələri əldə etdikləri təcrübəni özləri ilə apararaq növbəti tədbirin də eyni səviyyədə uğurlu təşkili üçün fəaliyyətə başlayacaqlar.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki