Məktəb direktorunun avtomobilini yandıranlar HƏBS EDİLDİ

Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı daha bir şəxs həbs edilib.

Bu barədə Referans Media-ya Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da şübhəli şəxs qismində müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki