image-okuldaki-katliamin-buyumesini-kahraman-asci-19755213_8674_ampbackend

Məktəbdə qətliamın qarşısını alan qəhrəman ata – hücumçuya bıçaqla müdaxilə etdi

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücumla bağlı yeni detallar üzə çıxıb. 14 yaşlı İsa Aras Mersinli tərəfindən törədilən hücum nəticəsində 9 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. Hadisənin daha böyük faciəyə çevrilməsinin qarşısını isə aşpaz Necmettin Bekçi alıb.

Referans Media xəbər verir ki, Necmettin Bekçi istintaqa ifadə verib. Onun sözlərinə görə, həyat yoldaşı kiçik qızını saat 12:30 radələrində məktəbə aparıb. Saat 13:30-da evdə olarkən çöldən silah səsinə bənzər səslər eşidib. Bekçi bildirib ki, əvvəlcə səslərin tikintidən gəldiyini düşünüb. Lakin səslər artdıqdan sonra balkona çıxıb və şagirdlərin pəncərələrdən qaçdığını görərək hücumun məktəbdə baş verdiyini anlayıb. Uşaqları da həmin məktəbdə oxuduğu üçün dərhal ora qaçıb.

Məktəbin arxa qapısından içəri daxil olduğunu deyən Bekçi bildirib ki, pilləkənlərlə yuxarı qalxarkən hücumçunu zərərsizləşdirməyə çalışan bir neçə nəfəri görüb.

Onun sözlərinə görə, yeməkxana işçisi və müəllimlər hücumçunu saxlamağa çalışırmış. Bu zaman Bekçi də onlara kömək etmək üçün müdaxilə edib.

Bekçi hadisə anını belə izah edib: “Qaçmağa çalışırdı. Haradan götürdüyümü xatırlamadığım bir bıçaqla ayağına bir dəfə vurdum. Məqsədim onun qaçmasının və başqalarına zərər verməsinin qarşısını almaq idi.”

Hadisədən sonra polis və təcili tibbi yardım briqadalarının əraziyə gəldiyini bildirən Bekçi yaralı şagirdlərin məktəbdən çıxarılmasına kömək etdiyini deyib. Daha sonra qızını bağçadan götürdüyünü, oğlunun isə evə getdiyini bildirib.

“Oğlum qorxudan tualetə gizlənmişdi”

Bekçi əlavə edib ki, oğlu silah səslərini eşidəndə qorxudan məktəbin tualetində gizlənib. Daha sonra evə qayıdıb. Onun sinfindən iki şagirdin hücum zamanı həyatını itirdiyi qeyd olunub.

Daha böyük faciənin qarşısı alındı

Mütəxəssislərin fikrincə, Necmettin Bekçi tərəfindən edilən müdaxilə hücumun daha böyük miqyas almasının qarşısını alıb. Onun göstərdiyi cəsarət uşaqlarını və digər şagirdləri qorumağa çalışan bir atanın instinkti kimi qiymətləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki