Prezident İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində sakinlərlə görüşüb.
Referans Media Prezidentin sakinlərlə söhbətindən bir hissəni təqdim edir:
Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma vətəninizə.
Ağbirçək qadın: Sənin hesabına, Sənin sayəndə gəlmişik. Allah Səni bizim üstümüzdən əskik etməsin.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Ağbirçək qadın: Mənim qızımı niyə gətirməmisən, görərdim.
Prezident İlham Əliyev: Onun da salamı var sizə.
Ağbirçək qadın: Məndən çoxlu-çoxlu salamlar apar Şuşa qızıma.
Prezident İlham Əliyev: Mütləq. O da Şuşa qızıdır, bilirsiniz.
Ağbirçək qadın: Nə yaxşı ki, gəlmisən, bala. Bizi nə yaxşı ki, torpağımıza gətirmisən, ayağımız torpağımıza dəyib. Allah Səni min yaşatsın. Üstümüzdən əskik etməsin.
Prezident İlham Əliyev: Çox sağ olun, sağ olun. Siz də xoşbəxt yaşayın burada, doğma Qarabağ torpağında.
