image-aleyna-bozokbackend

Məşhur aktrisa ilə bağlı qalmaqal böyüyür – mesajlar və pul köçürməsi üzə çıxdı

Türkiyənin İstanbul şəhərində tanınmış şəxslərin də adının hallandığı narkotik və fahişəlik şəbəkəsi ilə bağlı aparılan istintaqda yeni detallar üzə çıxıb. İstintaq materiallarında pul köçürmələri, yazışmalar və bəzi əyləncə məkanları ilə bağlı iddialar diqqət çəkib.

Referans Media xəbər verir ki, araşdırma çərçivəsində həbs edilən şübhəlilərin prokurorluqda verdiyi ifadələr iş materiallarına daxil edilib.

İstintaq zamanı aktrisa Aleyna Bozok ilə saxlanılan şübhəli Yiğit Macit arasında yazışmalar və pul köçürmələri araşdırılıb. Məlum olub ki, Macit Bozoka 200 min TL göndərib və mesajında “Kanka, 100-100 bölüşərik” ifadəsini işlədib. Bu yazışmalar istintaq materiallarında fahişəlik iddialarını gücləndirən faktlar arasında göstərilir.

Mesajlarda Macitin “Pulunu ödəyəcəyəm, mənə güvən. Kartı da bağlayacağam” kimi ifadələr yazdığı, Bozokun isə maddi çətinlik yaşadığını bildirərək kredit kartı borcu üçün kömək istədiyi qeyd olunur.

Yazışmalar arasında Bozokun “Çox qorxuram. Pul üçün heç kimlə belə bir şey etməyəcəyəm. Səni də utandırmaq istəmirəm” yazdığı mesaj da yer alıb. İddialara görə, Macit onu başqa şəxslərlə görüşməyə yönləndirib.

Bozok isə prokurorluqda verdiyi ifadədə bu pul köçürmələrinin xəstəliyi səbəbindən edilən maddi yardım olduğunu bildirib.

İstintaq çərçivəsində “Kütüphane” və “Terapy” adlı əyləncə məkanları da araşdırılır. Şahid ifadələrində “Kütüphane” adlı məkanda narkotik maddə istifadə edildiyi iddia olunub.

Məkanın sahibi Ali Yaşar Koz aylıq gəlirinin 400 min TL olduğunu bildirərək iddiaları rədd edib və belə hallardan xəbərsiz olduğunu deyib.

“Terapy” məkanının meneceri Deniz Metin Yüksel isə ifadəsində marixuana istifadə etdiyini etiraf edib və maddəni Teleqram qrupları vasitəsilə əldə etdiyini bildirib.

İş üzrə aparılan araşdırmalarda məkan sahibləri, sosial media fenomenləri və bəzi aktyorların da daxil olduğu çox sayda şəxs haqqında hüquqi prosedurlar davam edir. Yeni ifadələrin ortaya çıxması ilə istintaqın genişləndiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki