backend

Məşhur astroloq “son tarix”i açıqladı: 12 bürc diqqətli olsun!

Bu gündən etibarən Merkuri Yay bürcünə keçir və 2 yanvara qədər bu bürcdə hərəkət edəcək. Məşhur astrolog Dinçer Güner, “Merkuri Yay bürcündə!” deyərək dövrün təsirləri barədə ətraflı açıqlamalar verib.

12 dekabr 2025-ci ildə bürcləri nə gözləyir?

Astroloq Dinçer Güner Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq bürcləri üçün ümumi tendensiyaları belə izah edir:

Merkurinin Yay bürcünə keçidi ilə:

Detala əsaslanan işlərdə uğur şansı azalır. Qərəz və ön mühakimə bu dövrdə daha çox ön plana çıxır. Obyektiv düşünmək çətinləşir, fanatizmə çatan fikirlər və buna bağlı mübahisələr yarana bilər. Söz seçiminə diqqət etmək vacibdir — kiçik bir ifadə belə böyük problemlərə yol aça bilər. Həddindən artıq optimistlik, həvəs və tələskən qərarlar xarakterik olacaq. Unutqanlıq artacağı üçün gündəlik işlərdə problemlər yaşana bilər.

Bununla yanaşı, bu dövr aşağıdakı fəaliyyətlər üçün uyğun hesab edilir:

Viza və pasport işlərinin həll edilməsi, idxal və beynəlxalq layihələr üçün ilk addımların atılması, şirkət açmaq, xarici səfərlər və müxtəlif mədəniyyətlər haqqında araşdırmalar aparmaq və yeni biliklər qazanmaq,  zəka oyunları və beyin məşqləri, xarici dil öyrənməyə başlamaq üçün əsl vaxtdır.

Güner bildirir ki, dövrün ən yaxşı tərəfi — öyrənmək istəyi və intellektual inkişaf üçün açılan geniş imkanlardır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki