Məşhur bloqer idmançıya 150 min manatlıq avtomobil hədiyyə etdi – FOTO

Rusiyalı bloqer Mixail Litvin orta çəki dərəcəsində UFC çempionu Həmzət Çimayevə bahalı hədiyyə verib.

Referans   xəbər verir ki, çeçen döyüşçüyə 1980-ci il istehsalı olan “Rols-Roys” avtomobili bağışlanılıb.

Avtomobilin dəyərinin 150 min manata yaxın olduğu bildirilir.

Qeyd edək ki, Həmzət Çimayev avqustun 17-də keçirilən UFC 319 turnirinin əsas döyüşündə Drikus dü Plessisi məğlub edərək orta çəkidə çempion olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki