backend

Məşhur müğənnidən SKANDAL TƏHDİD: “Arxadan çılpaq şəkildə boğacağam…”

Dünyaca məşhur ulduz Castin Biber “Apple”ı hədəf alan qalmaqallı mesaj paylaşıb.

Müğənni “iPhone”un mesajlaşma tətbiqində (iMessage) qarşılaşdığı texniki problemlə bağlı sərt narazılığını ifadə edib.

Biber paylaşımında yazıb:

“Mesaj göndərdikdən sonra təsadüfən diktə düyməsinə basanda mahnı dayanır. Əgər bu, bir daha baş versə, “Apple”da çalışanların hamısını arxadan çılpaq şəkildə boğacağam. Göndər düyməsinin eyni nöqtədə birdən çox funksiyası olmamalıdır”.

Onun bu sözləri sosial mediada rezonans yaradıb./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki