Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı

UEFA Millətlər Liqasında 1-ci tur davam edir.

Referans Media xəbər verir ki, dünən start götürən turun ikinci oyun günündə daha 8 oyun keçiriləcək.

A Liqasının oyunları xüsusi maraq doğurur. 1-ci qrupda yer alan Türkiyə millisi doğma meydanda Fransa yığmasını qəbul edəcək. İtaliya isə Belçikanı sınağa çəkəcək.

Qeyd edək ki, D Liqasında yer alan Azərbaycan millisi ML-də ilk oyununu 27 sentyabrda səfərdə Litvaya qarşı keçirəcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 1-ci tur
25 sentyabr

A Liqası, 1-ci qrup

22:45. İtaliya – Belçika
22:45. Türkiyə – Fransa

B Liqası, 2-ci qrup

20:00. Gürcüstan – Şimali İrlandiya
22:45. Macarıstan – Ukrayna

B Liqası, 4-cü qrup

22:45. Polşa – Bosniya və Herseqovina
22:45. İsveç – Rumıniya

C Liqası, 2-ci qrup

20:00. Ermənistan – Latviya
22:45. Monteneqro – Kipr


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki