Ozan Tufanın həyat yoldaşı Rojin Tufan və oğlu ilə birlikdə çəkdirdiyi ailə fotosu sosial mediada diqqət çəkib. Lakin paylaşımda əsas maraq doğuran məqam futbolçunun geyindiyi ayaqqabı olub.
Referans MEDİA Trabzonsporun formasını geyinən Ozan Tufan ailəsi ilə çəkdirdiyi fotonu sosial media hesabında izləyiciləri ilə bölüşüb. Fotoda futbolçunun seçdiyi ayaqqabı isə ailə görüntüsündən daha çox diqqət çəkib.
Fotoda Tufanın geyindiyi ayaqqabı ilk baxışda klassik model təsiri bağışlayır. Lakin ayaqqabının ayrılmış burun dizaynı onun adi klassik modellərdən fərqləndiyini göstərib.
Xəbərə görə, Ozan Tufanın geyindiyi ayaqqabının qiyməti təxminən 2800 manat təşkil edir. Ayaqqabının qeyri-adi dizaynı və yüksək qiyməti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
