Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun rəhbərliyində dəyişiklik baş verib.
Referans Media xebər verir ki, stadionun direktor vəzifəsinə Nadir Quliyev təyin olunub.
Belə ki, Nadir Quliyev əvvəllər də stadionun direktor vəzifəsində çalışıb.
Qeyd edək ki, o, 2024-cü ildə öz ərizəsi ilə işdən çıxmışdı.
Hazırda stadionun direktoru vəzifəsində çalışan Şahin İmranov isə postu öz ərizəsi əsasında tərk edib./Oxu.Az/
