AFFA rəhbərliyində yer alan əksər şəxslər Fernandu Santuşun tezliklə istefaya göndərilməsinə tərəfdardır.
Bu barədə saytımıza federasiyadan məlumat daxil olub. Redaksiyamıza ötürülən informasiyaya görə,
millinin dünya çempionatının seçmə mərhələsinə böyükhesablı məğlubiyyətlə başlaması yönətimin hazırkı
baş məşqçiyə münasibətini kəskin dəyişib. İslandiya səfərində qeydə alınan darmadağın (0:5) AFFA
başbilənlərini yerindən tərpədib. Rəsmilər arasında bununla bağlı məşvərət keçirilib. Vitse-prezident
Balakişi Qasımov və Maksud Adıgözəlov portuqaliyalı mütəxəssisin təcili istefaya göndərilməsini istəyib, buvəzifəyə yerli çalışdırıcının gətirilməsinin vacibliyini qeyd edib. Baş katib Cahangir Fərəcullayev də onunla yolların ayrılmasına tərəfdardır. Elşad Nəsirov Fernandu Santuşa etimadın davam etdirilməsindən
yanadırsa, prezident Rövşən Nəcəf yekun qərarın sentyabrın 9-da verilməsinin lehinədir. O, bu qənaətdədir ki, həmin gün Ukrayna ilə keçiriləcək ikinci matçın nəticəsini gözləmək lahımdır.
