“Milliyə çağırılmağı çoxdan arzulayır, səbirsizliklə gözləyirdim” – “Turan Tovuz”un forvardı

“Milliyə çağırılmağı çoxdan arzulayır, səbirsizliklə gözləyirdim”. 

Referans Media xəbər verir ki, bunu Fanat.Az-a açıqlamasında “Turan Tovuz”un hücumçusu Ayxan Hüseynov deyib.

İlk dəfə Azərbaycan yığmasına dəvət alan ön xətt oyunçusu əlavə edib: “Şükürlər olsun ki, belə bir şans yarandı. Özümü milli forma ilə göstərmək imkanı qazandığım üçün əlbəttə ki, çox xoşbəxtəm. Bununla kifayətlənmək olmaz. Öz üzərimdə işləməyə davam etməliyəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki