Mixail Qusman yeni vəzifəyə təyin olunub?backend

Mixail Qusman yeni vəzifəyə təyin olunub?

  Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun keçmiş birinci müavini Mixail Qusman yeni vəzifəyə təyin olunması ilə bağlı bir sıra KİV-də yayılan məlumatları təkzib edib.

Referans xəbər verir ki, bu barədə Qusman Oxu.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Sankt-Peterburq (RF) qubernatoru Aleksandr Beqlovun mətbuat katibi vəzifəsinə təyin olunması ilə bağlı məlumatlar həqiqətəuyğun deyil: “Bunlar hamısı saxtadır”.

Xatırladaq ki, Mixail Qusman bu gün Bakıda Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki