ABŞ prezidenti Donald Trampın Rusiyaya səfər dəvəti açıq olaraq qalır.
Referans Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Trampı Moskvada görməkdən həmişə məmnun olacaq.
Peskov əlavə edib ki, Rusiya lideri Trampla telefon danışıqları zamanı həmişə onu Moskvada görmək istədiyini deyir.//Globalinfo.az
