ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq.
Referans Media xəbər verir ki, o, bu barədə “Truth Social” media platformasında yazıb.
Onun sözlərinə görə, ABŞ indi hər zamankındən daha güclüdür.
“İran heç vaxt nüvə silahı əldə etməyəcək. Dünya təhlükəsiz olacaq. Fond bazarları yüksəlir, məşğulluq rekord səviyyədədir və qiymətlər düşür. Ölkəmiz əvvəlkindən daha güclü, təhlükəsiz və daha hörmətlidir”, – deyə Tramp vurğulayıb./Globalinfo.az
