Türkiyənin Muğla vilayətində dəhşətli cinayət hadisəsi baş verib.
Referans Media xəbər verir ki, 5 mart tarixində Yatağan rayonunda 76 yaşlı Nazirə Kasap və həyat yoldaşı 87 yaşlı Asim Kasap evlərində baş verən yanğın nəticəsində həyatlarını itirmişdilər. Səbəb kimi göstərilən yanğının arxasında qan donduran faktlar üzə çıxıb.
Yanğın zamanı hadisə necə baş verdi?
Yanğın 5 mart gecə saat 01:00 radələrində Turqut Məhəlləsində cütlüyə aid evdə başlayıb. Qonşuların xəbər verməsi ilə hadisə yerinə yanğınsöndürmə, tibb və jandarma dəstələri göndərilib. Alovların içərisində qalan cütlüyü xilas etmək üçün əməliyyat başladılıb. Lakin onların xilas etmək mümkün olmayıb.
Yanğın nəzarət altına alındıqdan sonra içəri girən qruplar Nazirə Kasapın cəsədini tapıblar. Ağır yaralı vəziyyətdə olan Asim Kasap isə Muğla Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb, lakin müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Yarılmadan sonra cütlük dəfn edilib.
Nəvə və digər şəxslər şübhəli bilinib
İstintaq nəticəsində yanğının cütlüyün nəvəsi Busenaz K. və onun əri Kürşat K. tərəfindən törədildiyini müəyyən edilib. Onların evdəki qızılları oğurlayıb, sonra benzin tökərək yanğına səbəb olduqları aşkarlanıb. Şübhəlilərr, ölkəni tərk etməyə cəhd edərkən İstanbul Hava Limanında JASAT qrupları tərəfindən tutulub.
İstintaq çərçivəsində cütlüyün nəvəsi və həyat yoldaşının ardınca Ümit K., həyat yoldaşı Selda K. və Emre G. nəzarətə alınıb. Şübhəlilərin evdən qızıl oğurladıqları və daha sonra benzin tökərək yanğın törətdikləri müəyyən edilib.























