image-usaqbackend

Müharibə xəbərləri uşaqların psixologiyasını pozur

Dünyada baş verən müharibələr və silahlı münaqişələr yalnız cəbhə xəttində deyil, insanların psixologiyasında da ciddi izlər buraxır. Xüsusilə media və sosial şəbəkələrdə yayılan müharibə görüntüləri uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür görüntülər uşaqlarda qorxu və narahatlıq hissini gücləndirə bilər.

Psixoloq Fulda Karaçiçek bildirib ki, müharibə görüntülərinin izlənməsi uşaqlarda güclü narahatlıq yarada bilər. Onun sözlərinə görə, partlayış səsləri, yaralı insanlar və ağlayan uşaqların görüntüləri uşaqlar üçün çox sarsıdıcıdır. Bu isə bəzi uşaqlarda yuxu problemləri, kabuslar, narahatlıq, özünəqapanma və ya davamlı suallar vermə kimi davranış dəyişikliklərinə səbəb ola bilər.

Psixoloq qeyd edib ki, uşaqlar hadisələri böyüklər kimi analiz edə bilmədikləri üçün müharibə xəbərlərini görəndə bunun harada baş verdiyini və özləri üçün təhlükə olub-olmadığını ayırd etməkdə çətinlik çəkirlər. Bu da onlarda qorxu və güvənsizlik hissini artırır.

Bu səbəbdən mütəxəssis valideynlərə uşaqların müharibə xəbərlərinə və xüsusilə görüntülü materiallara çıxışını məhdudlaşdırmağı tövsiyə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki