Müharibədə bir ilk! Yalnız İsraili vurmaq üçün hazırlanmış raket atıldı

İran, İsrailə qarşı savaşda ilk dəfə olaraq yalnız İsrailə yönəlmiş “Hacı Qasım” balistik raketini sınaqdan keçirdi. Bu raket, 1400–1800 km mənzilə, 7 ton ağırlığa və 500 kq döyüş başlığı daşıma qabiliyyətinə malikdir və yüksək dəqiqliklə hədəfi vurmaq üçün hazırlanıb.

Referans Media xəbər verir ki, raketə, ABŞ-ın hücumu nəticəsində öldürülən İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin adı verilib. “Hacı Qasım” Fatih-110 seriyasının inkişaf etdirilmiş versiyasıdır və tamamilə İran mühəndisləri tərəfindən hazırlanıb. Raketin sürəti 12 Mach-a çatır, hədəfə isə təxminən 6 Mach sürətlə dəyir.

İranın açıqlamasına görə, raketin ayrılan döyüş başlığı hədəfə yüksək dəqiqliklə yönləndirilə bilir və vurmaq dəqiqliyi 10 metrdən azdır. Mobil və texniki xüsusiyyətlərə malik bu sistemin uzunluğu 11 metr, diametri isə 85–95 santimetrdir.

İsrail mediası bildirir ki, Tel-Əviv və ətrafına raket zərbəsi nəticəsində Ramat Qan şəhərində 2 nəfər həlak olub, 2 nəfər yaralanıb. Raket partlayışı nəticəsində 20-dən çox əraziyə ziyan dəyib, bəzi binalar zədələnib və qatar səfərləri müvəqqəti dayandırılıb.

Bu raketin ilk dəfə atılması regionda gərginliyi daha da artıran mühüm hadisə kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki