image-kolajen-1917509backend

Müntəzəm kollagen qəbulu sağlamlığa necə təsir edir?

Beynəlxalq tədqiqatçıların araşdırmasına görə, kollagen əlavələrinin müntəzəm qəbulu dərinin elastikliyini artırır, əzələ quruluşunu yaxşılaşdırır və oynaq kireclənməsi ilə bağlı problemlərdə müsbət nəticə verir. 7 983 nəfərin iştirak etdiyi və 113 halın təhlil olunduğu araşdırmada kollagenin revmatizmin yaratdığı ağrı və sərtliyi azaltdığı da müəyyən edilib.

Bununla yanaşı, kollagenin ağız sağlamlığı və kardiometabolik təsirləri ilə bağlı nəticələrin birmənalı olmadığı bildirilib.

Qeyd edək ki, orqanizmdə təbii şəkildə sintez olunan və yaş artdıqca azalan kollagen dəri, sümük, vətər və qığırdaq kimi birləşdirici toxumaları gücləndirir. Araşdırmanın nəticələri Aesthetic Surgery Journal Open Forum jurnalında dərc olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki