İstanbulda 3,9 və 6,2 bal gücündə iki zəlzələ baş verib.
Referans xəbər verir ki, sarsıntılarla əlaqədar Prof. Dr. Naci Görür zəlzələlərin Kumburqaz qırağında baş verdiyini və bu qırılmanın kilidləndiyini və enerji yığıldığını bildirib.
“Məkan əhəmiyyətlidir, diqqətli olmalıyıq”, – deyən Görür, Kumburqaz fayının yük altında olduğuna diqqət çəkib.
İlk zəlzələ İstanbulun Silivri sahillərində saat 12.13 radələrində baş verib və maqnitudası 4.0, dərinliyinin isə 16.3 kilometr olduğu bildirilir.
Zəlzələ mütəxəssisi Naci Görür vurğulayıb ki, məkan olaraq təhlükə var, diqqətli olmalıyıq. Kumburqaz ərazisi yüklənir.