image-zerbebackend

Naməlum qırıcılar Tehranı bombalamağa başlayıb – VİDEO

İsrail Müdafiə Qüvvələri İrana məxsus obyektlərə qarşı Tehran, İsfahan və digər şəhərlərə həyata keçirilən silsilə zərbələrin başa çatdığını açıqlayıb.

Referans Media xəbər verir ki, İsrail ordusu sözçüsünün bildirdiyinə görə, hücumlar silah istehsalında istifadə olunan infrastruktur və istehsal meydançalarına, xüsusilə də ballistik raketlərin istehsalı obyektlərinə yönəlib.

Bu arada sosial şəbəkələrdə Tehrana endirilən zərbələrin görüntüləri yayılır. İranın Kərəc şəhərinin səmasında qırıcı təyyarələr müşahidə edilib. Onların hansı ölkəyə məxsus olduğu isə hələlik məlum deyil.//globalinfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki