Narkotik istintaqı çərçivəsində həbs olunan Qasım Qaripoğlunun malikanəsinin təmizlikçisi əlavə ifadəsində bir çox tanınmış şəxslərin adını çəkib.
Referans Media xəbər verir ki, təmizlikçi malikanədə təşkil olunan əyləncələrə qatılanların adlarını alıqlayıb. Onların Şevval Şahin, Derin Talu, Deren Talu, Gökmen Kadir Şeynova, Ayşegül Şeynova, Merve Taşkın, Elis Sakıçoğlu və Zeynep Alkanın olduğunu bildirib.
Xüsusilə sosial media fenomeni Merve Taşkının adı diqqət çəkib. Onun İstanbulda aparılan narkotik və fahişəlik istintaqı çərçivəsində axtarışa verildiyi, lakin Türkiyədən çıxaraq Baliyə getdiyi öyrənilib.
Təmizlikçi ifadəsində əlavə etdi:”Əyləncələrə bu şəxslər və adını xatırlaya bilmədiyim digər çox sayda dəvətli qatılırdı.”
Hadisə Qaripoğlu ilə bağlı istintaqın diqqət mərkəzində qalır və istintaqın gedişi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.























