image-rahiblerbackend

Narkotik ticarəti ilə məşğul olan rahiblər saxlanıldı

Şri-Lankada Bandaranaike Beynəlxalq Hava Limanında 22 rahib saxlanılıb.

Referans Media xəbər verir ki, şübhəlilər 110 kiloqramdan çox qanunsuz maddə ilə həbs ediliblər. Müsadirə edilən narkotik maddələrin qara bazardakı dəyəri yüz milyonlarla dollarla qiymətləndirilir.

Rahiblər qrupu Tailanddan gələn təyyarə ilə Narkotiklərlə Mübarizə Polisi Departamentinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılanların əksəriyyəti ali təhsil almaq istəyən 30 yaşdan kiçik gənc rahiblərdir. / “Unikal”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki