NATO Rusiya təyyarələrini vurmağa borclu deyil.
Referans.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Sloveniyada keçirilən parlament iclasında alyans ölkələrinə xəbərdarlıq edib:
“Biz Rusiya təyyarələrinin hava məkanımıza daxil olmasına görə onları vurmağa borclu deyilik”.
Mark Rutte əlavə edib ki, əgər təyyarə təhlükə yaradırsa, onu vurmaq səlahiyyətləri var:
“Təyyarə təhlükə yaratmırsa, onu vurmayacağıq, yumşaq şəkildə hava məkanımızdan çıxaracağıq”.
