İran ABŞ-a şərt qoydu…

“ABŞ-ın dəniz blokadası götürülməyənə və neft ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılmayana qədər İran nüvə proqramını müzakirə etməyəcək”.

Referans Media xəbər verir ki,  bu barədə İsrailin 14-cü telekanalı məlumat yayıb.

Tehran nüvə danışıqlarının başlanmasını ABŞ-ın hərbi əməliyyatlarının dayandırılması ilə bağlı şərtləri tam yerinə yetirməsi ilə əlaqələndirib.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə bildirib ki, İran istənilən danışıqlar prosesinin ilkin mərhələsində uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmalıdır.

Məlumata görə, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndə heyətləri regional gərginliyi azaltmaq məqsədilə Tehranda İran rəsmiləri ilə görüşüblər.

Danışıqlarda Hörmüz boğazındakı böhran, husilərin Səudiyyə Ərəbistanına raket hücumları, ABŞ-ın İran sahillərində dəniz blokadası və İsrailin regional siyasəti müzakirə olunub.

Görüşün yekununda dörd ölkə regional sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. Növbəti görüşün tarixi və danışıqların digər detalları açıqlanmayıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki