Nazir müavini Elçinin anım mərasimində danışdı

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri xiyabanda keçirilən anım mərasimində iştirak edib.

Referans Media  xəbər verir ki, Murad Hüseynov mərasimdə Xalq yazıçısı barədə fikirlərini bölüşüb. 

Nazir müavini Elçin Əfəndiyevin Azərbaycan ədəbiyyatı və mədəniyyətində mühüm iz qoyduğunu bildirib. O, Xalq yazıçısının zəngin yaradıcılıq irsindən, ədəbiyyat və mədəniyyətin inkişafına verdiyi töhfələrdən danışıb.

Murad Hüseynov qeyd edib ki, Elçin Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbiyyatının ayrılmaz hissəsidir və onun əsərləri gələcək nəsillər üçün də öz aktuallığını qoruyacaq.

Nazir müavini Xalq yazıçısının xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıb./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki