Hindistanın Kerala əyalətində “beyin yeyən amöba” kimi tanınan təkhüceyrəli orqanizm Naegleria fowleri tərəfindən törədilən nadir, lakin ölümcül infeksiyanın yayılması barədə məlumat verilib.
Referans.az xəbər verir ki, 61 hadisə qeydə alınıb, onlardan 19-u ölümlə nəticələnib.
Ölənlər arasında üç aylıq körpə də var.
Naegleria fowleri çirklənmiş şirin su ilə təmas yolu ilə insan orqanizminə burun vasitəsilə daxil olur və beynin sürətlə irəliləyən iltihabı olan birincili amebik meningoensefalite səbəb ola bilər./Oxu24.com
