“Neftçi” Samir Abasovla bağlı qərar verdi – SON DƏQİQƏ

“Neftçi” rəhbərliyi baş məşqçi Samir Abasovla bağlı yeni qərar verib.

Klubdan əldə etdiyimiz məlumata görə, onunla yollar ayrılacaq.

Səbəb uğursuz nəticələrdir.

Bu gün “İmişli”yə doğma meydanda məğlubiyyət (2:3) rəsmilərin səbr kasasını daşırıb.

Bölgə klubu ilə matçdan sonra Abasov paltardəyişmə otağında kollektivlə vidalaşıb./Sportinfo/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki